Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK

Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində vakant vəzifələrin tutulması üçün müsahibə keçirilib

2020-09-29

Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 19 iyun 2020-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi 29 sentyabr tarixində keçirilib.
Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilib. Müsahibə mərhələsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri iştirak ediblər. Həmçinin müsahibə prosesinin videoçəkilişi aparılmışdır.
Namizədlərin bu mərhələyə hazırlaşmaları üçün müsahibə proqramları Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilmiş, proqramda ümumi, dövlət orqanı və vəzifə üzrə ədəbiyyat siyahıları göstərilmişdir.
Müsahibə başa çatdıqdan dərhal sonra namizədə yekun bal arayışı hazırlanmış və şəxsi işinə əlavə olunmuşdur. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizəd haqqında məlumatlar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müşayiət məktubu ilə Fövqəladə Hallar Nazirliyinə təqdim olunacaqdır. Müsahibənin nəticələri haqqında məlumatlar dərhal Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilmişdir.
Qeyd edək ki, müsabiqəyə çıxarılan 10 vakant vəzifənin tutulması üçün 20 namizəd müraciət etmiş, onlardan 19-u test imtahanında iştirak etmişdir. Test imtahanlarında müvafiq keçid balını toplamış 7 nəfər müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etmişdir.
Müsahibədə iştirak edən 6 nəfərdən 4-ü müvafiq keçid balını toplayaraq bu mərhələdə uğur qazanmışdır. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış 4 nəfərin sənədləri vakant dövlət qulluğu vəzifələrinə təyin olunmaq üçün Fövqəladə Hallar Nazirliyinə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı