Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK

Dövlət qulluğuna qəbul olunmaq istəyənlərin nəzərinə: Yeni hazırlıq kursu fəaliyyətə başlayacaqdır!

2020-03-10

Hər il olduğu kimi bu il də Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil edilmiş hazırlıq kurslarında iştirak edən namizədlər uğurlu nəticə göstərmişlər. Belə ki, kursun iştirakçıları 49 vakant vəzifənin tutulması üçün sənəd təqdim etmişlər. Onlardan 42-si uğur qazanmış və sənədləri müvafiq vəzifələrə təyin edilmək üçün dövlət orqanlarına göndərilmişdir. Kurs iştirakçılarından 12 nəfər ehtiyat kadrlar siyahısına salınmışdır.
Dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslər üçün 2020-ci ilin mart ayından yeni hazırlıq kursu fəaliyyətə başlayacaqdır. Hazırlıq kursu Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında təşkil olunacaqdır.
Aylıq ödənişi 100 manat olan hazırlıq kursu qanunvericilik, Azərbaycan dili, informasiya texnologiyaları və məntiq istiqamətləri üzrə aparılacaqdır.
3 aylıq kurs dövlət qulluğuna qəbul üzrə test imtahanı proqramına uyğun olaraq təşkil ediləcəkdir. Hər bir sahə üzrə dərslər həftədə 2 dəfə keçiriləcək. Namizədlərin hazırlıq səviyyəsini müəyyən etmək üçün hər ayın sonunda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində sınaq imtahanları keçiriləcək.
Hazırlıq kursuna qəbul üçün qeydiyyat Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi, 23) aparılır.
Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dqmk@nakhchivan.az E-mail: dqmk@nakhchivan.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı