Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilmişdir

2019-09-23

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün 3 iyul 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanları 9-11 sentyabr tarixlərdə keşirilmişdir. Müsabiqəyə çıxarılmış 285 vakant vəzifənin tutulması üçün 82 nəfər sənət təqdim etmişdir. Test imtahanlarında 80 namizəd iştirak etmiş, onlardan 20-si keçid balını toplamışdır.
Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak etmişlər.
Keçid balını toplayaraq uğur qazanmış namizədlərin müsahibə mərhələsi 23 sentyabr 2019-cu il tarixdə keçirilmişdir. Qanunvericiliyə əsasən, müsahibənin keçirilməsi üçün Mədəniyyət Nazirliyindən 1, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan 1, muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrindən müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılmışdır. Naxçıvan Musiqi Kollecində keçirilən müsahibə zamanı namizədlərin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyətləri yoxlanılmışdır. Bu mərhələdə namizədlərə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt verilmişdir. Mühasibənin nəticələri beşballıq sistem əsasında qiymətləndirilmiş, hər bir namizəd üçün ümumi bal çıxarılmış, nəticələri “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” ilə və müsahibənin yekun nəticələri “Namizədin qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilmişdir. Müsahibənin nəticələri haqqında məlumatlar dərhal Komissiyanın rəsmi internet portalında yerləşdirilmişdir.
Müsahibə mərhələsində 18 nəfər iştirak etmiş, onlardan 16-sı müvafiq keçid balını toplayaraq uğur qazanmışdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq dövlət musiqi təhsili müəssisələrinə işə qəbul müsabiqə yolu ilə həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı