Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi

Əlaqə telefonu: (036) 545 65 71



Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində və Şəhər (Rayon) Təhsil şöbələrində vakant aparıcı məsləhətçi və
məsləhətçi - təhsilin idarə olunmasının məlumat sistemləri vəzifəsi üzrə zəruri biliklərə dair

MÜSAHİBƏ PROQRAMI


    1. Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının məqsəd və vəzifələri
    2. 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının məqsəd və vəzifələri
    3. Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın məqsəd və vəzifələri
    4. İnformasiyanın əldə olunmasının sorğu əsasında təmin edilməsi
    5. İnformasiyanın açıqlanması. İnternet informasiya ehtiyatlarına verilən tələblər
    6. İnformasiyanın təsnifatı. Xidməti istifadə üçün nəzərdə tutulan informasiyanın qorunması
    7. Təhsil müəssisələrinin internet şəbəkəsinə qoşulma hazırlığının müəyyən edilməsi Qaydaları
    8. Təhsil müəssisələrində internetdən istifadə ilə bağlı Nümunəvi Qaydalar
    9. Təhsil müəssisələrində internetdən istifadənin təşkili və məzmunun süzgəclənməsi məsələləri
    10. Təhsil müəssisələrində internetdən istifadə və İnternet resurslarına məhdudiyyətlərin tətbiqi qaydaları
    11. Azərbaycan təhsil sisteminin idarəolunmasının informasiya təminatı, təhsildə informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə bağlı dövlət siyasəti
    12. Təhsilin İdarəolunmasının Məlumat Sistemlərinin tətbiqi prosesində yerli təhsil orqanları və təhsil müəssisələrinin fəaliyyət istiqamətləri
    13. Təhsilin idarəolunmasında avtomatlaşdırılmış idarəetmə sistemlərinin rolu
    14. Elektron dövlət
    15. Fərdi kompüterlərin proqram təminatı sistemi
    16. Windows əməliyyat sistemi, MS Word, MS Excel, MS Power Point haqqında məlumat
    17. MS Access haqqında ümumi məlumat:
      • Verilənlər bazası, onun quruluşu. Verilənlər bazasının yaradılması, mühafizəsi. Cədvəllərin tərtib edilməsi. Sahələr. Verilənlərin tipləri və onlarla işləmə qaydaları. Formanın hazırlanması. Sorğuların hazırlanması. Hesabatların hazırlanması və çapı. Verilənlərin daxil edilməsi, axtarışı, silinməsi, çeşidlənməsi.
    18. Kompüter şəbəkələri
    19. İnternet:
      • WWW xidməti. Əsas anlayışlar: hiper-mətn, hiper-keçid, veb-səhifə, veb-sayt, URL ünvan, domen adı. Elektron poçt. İnformasiya axtarışı sistemləri.

    Ədəbiyyat:

    1. Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004-cü il tarixli, 355 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)”
    2. Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”
    3. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”
    4. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu. 30 sentyabr 2005-ci il, № 1024-IIQ
    5. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, 3 aprel 1998-ci il
    6. Təhsil sisteminin informasiyalaşdırılması üzrə normativ-hüquqi sənədlər. Multimedia mərkəzi, Bakı-2009, 43 səh.
    7. Abbasov Ə. M., Əlizadə M.N., Seyidzadə E.V., Salmanova M.Ə. İnformatika və kompyuterləşmənin əsasları. – Bakı, “MSV Nəşr”, 2006.
    8. Abbasov Ə.M., Quliyev R.A., Kərimov Ə.K., Azadova M.H. MS Access,  – Bakı, 2005, 304 s.