Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi

Əlaqə telefonu: (036) 545 65 71



Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin
Əməyin sosial-hüquq məsələləri üzrə nəzarət sektorunda vakant baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsi üzrə zəruri biliklərə dair

MÜSAHİBƏ PROQRAMI


 

Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə:
1. Əsas müddəalar.
2. Əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təminatları.
3. Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları.
4. Kollektiv müqavilə.
5. Kollektiv saziş.
6. Əmək müqaviləsinin bağlanması əsasları və qaydası.
7. Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları.
8. İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları.
9. Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları.
10. Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları .
11. Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi qaydaları.
12. İş vaxtının növləri və tənzimlənməsi qaydaları.
13. İş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları.
14. İstirahət vaxtı.
15. Məzuniyyət hüququ və onun təmin edilməsi.
16. Əmək məzuniyyətlərinin müddətləri.
17. Yaradıcılıq və təhsil məzuniyyətləri.
18. Sosial məzuniyyətlər.
19. Ödənişsiz məzuniyyətlər.
20. Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları.
21. Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları.
22. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası.
23. Əmək normaları və işəmuzd qiymətləri.
24. Əməyin ödənilməsi normaları.
25. Əmək haqqının ödənilməsinin formaları,qaydaları və əmək haqqından tutulmalar.
26. Orta əmək haqqı və onun saxlanması üzrə təminatlar.
27. Əmək və icra intizamının təmin edilməsi qaydaları.
28. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun həlli qaydaları.
29. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətini müəyyən edən hallar.
30. İşəgöturənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyəti və onun həlli qaydaları.
31. İşçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti və onun həlli qaydaları.
32. Əməyin mühafizəsi normaları,qaydaları və prinsipləri.
33. Əməyin mühafizəsinin hüquqi,təşkilati-texniki və maliyyə təminatı.
34. İşçinin əməyinin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatlar.
35. Əməyin mühafizəsi normaları və qaydalarına əməl olunmasına nəzarət və işəgötürənlərin məsuliyyəti.
36. Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatlar.
37. Yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri.
38. Kollektiv əmək mübahisələri.
39. Kollektiv tələblərin irəli sürülməsi və onlara baxılması.
40. Kollektiv əmək mübahisələri həllinin barışdırıcı üsulları.
41. Kollektiv əmək mübahisələrinin həlli məqsədi ilə tətil hüququnun həyata keçirilməsi.
42. Fərdi əmək mübahisələri, onların tərəfləri və predmeti.
43. Fərdi əmək mübahisələrinin həlli qaydaları.
44. Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət.
45. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə
46. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə.
47. İşçilərin əmək kitabçasının tərtib edilməsi.
48. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları”.


Ədəbiyyat:

  1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
  2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında ” Qərarı. 6 mart 2000-ci il, № 38
  3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə ” Qərarı. 23 may 2001-ci il, № 97.
  4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” Qərarı. 25 avqust 1999-cu il № 137
  5. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 28 iyun tarixli, 20-IV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”
  6. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 28 iyun tarixli, 20-IV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”
  7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”
  8.  “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydalarının , şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli  3 nömrəli Qərarı.