Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

DQMK
Vergi orqanlarında xidmətə qəbul olunmaq istəyənlərin nəzərinə!
2019-02-14
2019-cu ilin mart ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında vergi orqanlarında xidmətə işə qəbul üçün hazırlıq kursu fəaliyyətə başlayacaq.
Hazırlıq kursunda ixtisas üzrə dərslər NDU-nun müəllimi, Naxçıvan MR Vergilər Nazirliyinin əməkdaşı, "Vergi Məcəlləsinin xüsusi hissəsinin praktiki izahı" adlı dərs vəsaitinin müəllifi İsmayıl Bağırov tərəfindən, məntiq isə “İstedad-XXI əsr” hazırlıq kurslarından cəlb olunmuş mütəxəssis tərəfindən aparılacaqdır.
Vergi orqanlarına xidmətə qəbul üçün hazırlıq kursu 2 ay davam edəcək və kurslar test imtahanı proqramına uyğun olaraq təşkil ediləcəkdir. Dərslər həftədə 2 dəfə keçiriləcək və aylıq ödəniş 125 manatdır.
Hazırlıq kursuna qəbul üçün qeydiyyat Komissiyanın inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi, 23) aparılır.
Əlavə məlumat üçün: Ətraflı...
Vətəndaşların dövlət qulluğuna qəbulu diqqət mərkəzində saxlanılır
2019-02-13
Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulu, namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilən tədbirlər cari ilin yanvar ayında da davam etdirilmişdir.
7-21 yanvar 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsi keçirilmişdir. Müsabiqəyə çıxarılan 305 vakant vəzifənin tutulması üçün 583 namizəd sənəd təqdim etmiş, onlardan 570-i test imtahanında iştirak etmişdir. Test imtahanlarında 257 nəfər keçid balını toplamış və müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Ötən dövrdə Komissiyanın Əsasnaməsinə uyğun olaraq dövlət qulluğuna qəbul olmaq istəyən 18, gömrük orqanlarında xidmətə qəbul olunmaq istəyən 11 və Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul olmaq istəyən 24 namizədin iştirakı ilə hazırlıq kursları təşkil edilmiş, Ətraflı...
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanlarına start verilmişdir
2019-02-12
   2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrə əsasən muxtar respublikada digər idman növləri kimi, şahmatın da inkişafı, uşaq və yeniyetmələr arasında kütləvi hal alması üçün mühüm tədbirlər həyata keçirilir.
   Naxçıvan Muxtar Respublikasında şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə 11 fevral 2019-cu il tarixdən sertifikasiya imtahanlarına start verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində keçirilən sertifikasiya imtahanlarında şahmat fənnini tədris edən 431 müəllim iştirak edəcəkdir.
   Test imtahanında iştirakçılara 40 sual təqdim edilir, sualları cavablandırmaq üçün 60 dəqiqə vaxt verilir. Keçirilən imtahanlarda test tapşırıqlarının ən azı 50 faizini (20 bal) düzgün cavablandırmış şəxslər müvafiq keçid balını toplamış hesab olunurlar. Şahmat fənni üzrə aparılan test imtahanları elektron proqram təminatı Ətraflı...
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə proqramları
2019-02-11
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarındavakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə proqramları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər:

"https://dqmk.nmr.az/musahibe_proqramlari_2019-1.php" Ətraflı...
“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilib
2019-02-09
  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 8 fevral 2019-cu il tarixdə dövlət orqanlarının 32 nümayəndəsinin iştirakı ilə "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda seminar keçirilmişdir.
   Seminarı Komissiyanın sədri İsmayıl Qəribli giriş Ətraflı...
Təhsil müəssisələrində şahmat fənnini tədris edən müəllimlər üçün keçiriləcək sertifikasiyada iştirak edənlərin nəzərinə
2019-02-08
  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində şahmat fənnini tədris edən müəllimlər üçün 11-14 fevral 2019-cu il tarixlərdə keçiriləcək sertifikasiyanın Qrafiki ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

"https://dqmk.nmr.az/sahmat_sertifikasiya_2019.php" Ətraflı...
Komissiya tərəfindən 5 noyabr 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsi başa çatmışdır
2019-01-23
    7-21 yanvar 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları keçirilmişdir.
    Müsabiqəyə çıxarılan 305 vakant vəzifənin tutulması üçün 583 namizəd sənəd təqdim etmiş, onlardan 570-i test imtahanında iştirak etmişdir. Test imtahanlarında 257 nəfər keçid balını toplamış və müsahibə Ətraflı...
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29

Namizədlərin nəzərinə
Faydalı keçidlər
Sayğac
Online 2
Dünən 472
Bu gün 291
Ümumi 136091

Başlanma tarixi: 01 fevral 2018

Untitled Document


Untitled Document
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.   Yuxarı